Şimali Kipr Türk Respublikasının Sənaye Palatasının nümayəndə heyəti TÜİB-i ziyarət edib.

Şimali Kipr Türk Respublikasının Sənaye Palatasının nümayəndə heyəti TÜİB-i ziyarət edib. 12 iyun 2025-ci il tarixində Şimali Kipr Türk Respublikasının Sənaye Palatasının baş katibi Erçin Tekakpınar və nümayəndə heyəti Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) ofisini ziyarət edib. Qonaqları TÜİB-in İdarə Heyətinin sədri Hüseyn Büyükfırat və İdarə Heyətinin üzvləri səmimiyyətlə qarşılayıb. Görüş zamanı TÜİB-in Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətində həyata keçirdiyi fəaliyyətlər, təşkilatın əsas məqsədləri və gələcək planları barədə ətraflı məlumat verilib. Eyni zamanda, Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi inkişaf, investisiya imkanları və ölkədəki işgüzar mühit haqqında da geniş məlumat təqdim olunub. Görüş çərçivəsində Şimali Kipr Türk Respublikasının Sənaye Palatasının fəaliyyəti və qarşılıqlı əməkdaşlıq potensialı müzakirə edilib. Hər iki tərəf gələcəkdə əməkdaşlıq imkanlarının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı maraqlarını ifadə edib.

Tarix
19 İyun 2025
Baxış: 17
Digər xəbərlər