TİKA nümayəndələri TÜİB-i ziyarət edib

TİKA nümayəndələri TÜİB-i ziyarət edib Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədr müavini Ümit Naci Yorulmaz və TİKA-nın Bakı nümayəndəliyinin koordinatoru Hayrettin Özçelik Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyini (TÜİB) ziyarət ediblər. Qonaqları TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və İdarə Heyətinin üzvləri səmimiyyətlə qarşılayıblar. Görüş zamanı Hüseyin Büyükfırat TÜİB-in Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlər, iş adamları arasında əlaqələrin qurulmasına verdiyi töhfələr, eləcə də reallaşdırılan layihələr haqqında ətraflı məlumat təqdim edib. Öz növbəsində, TİKA sədr müavini Ümit Naci Yorulmaz qurumun əsas fəaliyyət istiqamətləri, Azərbaycanla əməkdaşlıq çərçivəsində həyata keçirilmiş sosial, iqtisadi və humanitar layihələr barədə geniş məlumat verib. Görüş qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.

Tarix
19 İyun 2025
Baxış: 21
Digər xəbərlər