15 iyul 2016-cı il tarixində baş verən hadisələrin 9-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyində anım tədbiri keçirildi.
Tuib xəbərləri
15 iyul 2016-cı il tarixində baş verən hadisələrin 9-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyində anım tədbiri keçirildi.

15 iyul 2016-cı il tarixində baş verən hadisələrin 9-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyində anım tədbiri keçirildi. Tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Əhliman Əmiraslanov, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, millət vəkilləri, akademiklər, media nümayəndələri, qeyri-hökumət təşkilatları, iş adamları və ictimaiyyətin nümayəndələri iştirak etdilər. Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) katibliyi və üzvləri də tədbirdə iştirak etdi. Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifov və millət vəkili Əhliman Əmiraslanov çıxış edərək, 15 iyulda canlarını fəda edən qəhrəmanları yad edib, bu tarixin Türkiyə xalqının birlik və bərabərliyinin simvoluna çevrildiyini vurğuladılar. Çıxışlarda, həmçinin, Azərbaycan dövlətinin və xalqının həmin gün nümayiş etdirdiyi güclü dəstəyə də xüsusi toxunuldu. Tədbir çərçivəsində həmin günlə bağlı videoçarxlar nümayiş etdirildi və Türkiyə Maarif Vəqfinin Beynəlxalq Maarif Məktəblərinin şagirdlərinin ifasında bədii hissə təqdim olundu. #15Temmuz #DemokrasiVeMilliBirlikGünü #TürkiyeAzerbaycan