TÜİB üzvləri “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirak edir.
Tuib xəbərləri
TÜİB üzvləri “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirak edir.
.jpeg)
TÜİB üzvləri “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirak edir. 18-21 iyun tarixlərində keçirilən “Yerli Şirkətlərin Tanıtım Sərgisi” çərçivəsində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) bir sıra üzv şirkətləri sərgidə fəal iştirak edir. TÜİB üzvləri olan TARSA GROUP, Mobil Group, Unilegal Consulting və Yunik Team MMC öz stendləri ilə təmsil olunur, fəaliyyət istiqamətlərini və xidmətlərini sərgi ziyarətçilərinə təqdim edirlər. TÜİB sədri Hüseyin Büyükfırat və İdarə Heyətinin üzvləri sərgini ziyarət edərək, üzv şirkətlərin stendlərində olub, onların fəaliyyəti ilə yaxından tanış olub, nümayəndələrlə fikir mübadiləsi aparıblar.
Digər xəbərlər

TÜİB-in İnşaat və İnşaat Materialları Komissiyası fəaliyyətə başladı

TÜİB-də Türkiyənin sənaye nümayəndələri ilə görüş keçirilib

15 iyul 2016-cı il tarixində baş verən hadisələrin 9-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyində anım tədbiri keçirildi.