Türkiyə Gənclər və İdman nazirinin müavini Enes Eminoğlu və Türkiyə Gənclər Fondunun (TÜGVA) sədri İbrahim Beşinci Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət ediblər.
Tuib xəbərləri
Türkiyə Gənclər və İdman nazirinin müavini Enes Eminoğlu və Türkiyə Gənclər Fondunun (TÜGVA) sədri İbrahim Beşinci Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət ediblər.
.jpeg)
Türkiyə Gənclər və İdman nazirinin müavini Enes Eminoğlu və Türkiyə Gənclər Fondunun (TÜGVA) sədri İbrahim Beşinci Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət ediblər. Nümayəndə heyətini TÜİB-in sədri Hüseyin Büyükfırat və idarə heyətinin üzvləri qarşılayıblar. Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev, Azərbaycan futbolunun tanınmış siması – "Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov, klubun İdarə Heyətinin üzvü Asif Əsgərov və direktoru Emrah Çelikel də iştirak ediblər. Görüş zamanı Hüseyin Büyükfırat və TÜİB nümayəndələri birliyin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, biznes və ictimai sahədəki təşəbbüslər barədə ətraflı məlumat veriblər. Qonaqlar TÜİB-in Azərbaycan ilə Türkiyə arasında iqtisadi, mədəni və sosial sahələrdə əlaqələrin inkişafına verdiyi töhfələri yüksək qiymətləndiriblər. Enes Eminoğlu TÜİB-in fəaliyyətini təqdir etdiyini bildirib, gələcəkdə gənclər və idman sahəsində ortaq layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, TÜGVA sədri İbrahim Beşinci Fondun fəaliyyəti, həyata keçirdikləri layihələr və gənclərlə bağlı təşəbbüslər barədə məlumat verib. O da TÜİB-lə əməkdaşlıq imkanlarını yüksək qiymətləndirərək, birgə layihələr həyata keçirmək istiqamətində müzakirələr aparıb. Görüş zamanı qarşılıqlı əməkdaşlıq imkanları, ortaq düşərgə və proqramların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin dəstəyi ilə İstanbulun “Marmaracık Gənclik Kampı”nda “Ay-Ulduz” düşərgəsi təşkil olunub. Düşərgə çərçivəsində 15 şəhid övladı Türkiyə və Doğu Türkistanlı gənclərlə bir araya gəlib, iştirakçılar üçün İstanbul və Çanaqqala şəhərlərinə maarifləndirici və tarixi ekskursiyalar təşkil olunub. Bu layihə gənclər arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət daşıyır. Ziyarət qarşılıqlı fikir mübadiləsi, ortaq dəyərlərin paylaşılması və gələcək əməkdaşlıq baxımından olduqca maraqlı və məhsuldar keçib.