Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyəti Türkiyənin yeni səfiri ilə görüşüb.
Tuib xəbərləri
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyəti Türkiyənin yeni səfiri ilə görüşüb.

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyəti Türkiyənin yeni səfiri ilə görüşüb 11 fevral 2025-ci il tarixində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyəti Türkiyə Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün ilə görüş keçirib. Görüş zamanı TÜİB sədri Hüseyin Büyükfırat cənab səfirə qurumun Türkiyə və Azərbaycan arasında iqtisadi, sosial və mədəni əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı fəaliyyət barədə ətraflı məlumat verib. O, TÜİB-in sahibkarlığın inkişafına dəstək verməklə yanaşı, iki qardaş ölkənin iş dünyasını bir araya gətirən platforma kimi çıxış etdiyini vurğulayıb. Səfir Prof. Dr. Birol Akgün öz çıxışında Türkiyə və Azərbaycanın ortaq tarixi, mədəniyyəti və dəyərləri əsasında formalaşan strateji tərəfdaşlığın son illərdə dövlət başçılarının qətiyyətli iradəsi ilə daha da möhkəmləndiyini qeyd edib. O, bu münasibətlərin yalnız siyasi və iqtisadi sahələrdə deyil, bütövlükdə türk dünyası üçün də nümunə olduğunu bildirib. Cənab səfir iş adamlarının və qurumların bu strateji əməkdaşlığın dərinləşməsində mühüm rol oynadığını vurğulayaraq, Səfirlik olaraq sahibkarlarla yaxından əməkdaşlıq etməyə və onları dəstəkləməyə hazır olduqlarını ifadə edib.
Digər xəbərlər

D-8 QHT-lərinin ilk görüşündə Türkiyə-Azərbaycan İşadamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat panelist qismində iştirak edib.

TÜİB-in Ənənəvi İşgüzar Səhər Yeməyi keçirildi

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Prof.Dr. Birol Akgünün iştirakı ilə TÜİB-in “Ənənəvi İftar Proqramı” keçirilib.