D-8 QHT-lərinin ilk görüşündə Türkiyə-Azərbaycan İşadamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat panelist qismində iştirak edib.
Tuib xəbərləri
D-8 QHT-lərinin ilk görüşündə Türkiyə-Azərbaycan İşadamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat panelist qismində iştirak edib.

2025-ci il aprelin 29-da Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” konfransı çərçivəsində D-8 (İnkişaf etməkdə olan səkkiz İslam ölkəsi) ölkələrinin Qeyri-Hökumət Təşkilatlarının ilk dəfə bir araya gəldiyi görüş baş tutub. D-8 QHT-lərinin ilk görüşündə Türkiyə-Azərbaycan İşadamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat panelist qismində iştirak edib. “Sərhədləri aşmaq: firavan gələcək naminə D8 əməkdaşlığı” adlı yan tədbirin moderatoru Azərbaycan Gənclər Fondunun nümayəndəsi Orduxan Qəhrəmanzadə olub. O, D-8 ölkələrinin QHT-lərinin bu ilk görüşünün mühüm əhəmiyyət daşıdığını və bu əməkdaşlığın gələcək üçün yeni imkanlar yaratdığını bildirib. D-8 təşkilatı ilk dəfə 1996-cı il oktyabrın 22-də Türkiyənin təşəbbüsü ilə İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın iştirakı ilə keçirilən konfransda yaradılıb və rəsmi elan 1997-ci il iyunun 15-də İstanbulda baş tutub. Qeyd olunub ki, təşkilat dünya müsəlmanlarının 60 faizindən çoxunun yaşadığı, böyük iqtisadi potensiala malik ölkələri birləşdirir. Tədbirdə vurğulanıb ki, Azərbaycanın 2024-cü ilin dekabrında Qahirədə keçirilmiş XI D-8 Sammitində təşkilata üzv qəbul edilməsi, qurumun tarixində ilk dəfə üzvlük tərkibinin genişlənməsi kimi əlamətdar hadisədir və bu addım həm də İslam həmrəyliyinə mühüm töhfə kimi qiymətləndirilib. Tədbirdə Banqladeş, Misir, İndoneziya Nigeriya, Pakistan və Malayziyanın nümayəndələri iştirak edib. Onlar yeni yaradılması nəzərdə tutulan Qlobal Cənub QHT Platformasının gələcək üçün böyük potensiala malik olduğunu qeyd ediblər. Azərbaycanda ictimai sektorda fəallığı ilə seçilən TÜİB sədri Hüseyn Büyükfırat bu mühüm görüşün təşkilatçılarına təşəkkür edərək, QHT-lərin regional əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Onun fikrincə, bu platforma D-8 ölkələri arasında həm iqtisadi, həm də ictimai sahədə davamlı inkişaf üçün geniş imkanlar yaradır. Bu ilk görüş Azərbaycanın D-8-ə üzvlüyündən sonra regionda həmrəylik, əməkdaşlıq və inkişaf istiqamətində atılan konkret addım kimi dəyərləndirilib.
Digər xəbərlər

TÜİB-in Ənənəvi İşgüzar Səhər Yeməyi keçirildi

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Prof.Dr. Birol Akgünün iştirakı ilə TÜİB-in “Ənənəvi İftar Proqramı” keçirilib.
.jpeg)
Bandırma Ticarət Palatasının nümayəndə heyəti Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət edib.