Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Tağıyev" sənədli filminin təqdimat mərasimi olub.
Tuib xəbərləri
Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Tağıyev" sənədli filminin təqdimat mərasimi olub.

24 yanvar 2025-ci il tarixində Nizami Kino Mərkəzində "Tağıyev" sənədli filminin təqdimat mərasimi olub. İHH İnsani Yardım Vəqfinin, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) və "Damla" İB-nin birgə təşəbbüsü ilə həyata keçirilən Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Tağıyev" sənədli filmi RUMMAN yapım tərəfindən hazırlanıb. Nizami Kino Mərkəzində keçirilən təqdimatda Türkiyə və Azərbaycanın ictimaiyyət və mədəniyyət nümayəndələri, filmin yaradıcı heyəti iştirak ediblər. Tədbirdə qeyd edilib ki, bu sənədli film sadəcə Tağıyevin həyat və fəaliyyətindən bəhs etmir, eyni zamanda, cəmiyyətə xeyriyyəçilik ruhunu aşılayır. Qeyd edək ki, “Tağıyev” filminin rejissoru M. Abdülqafur Şahindir.
Digər xəbərlər

D-8 QHT-lərinin ilk görüşündə Türkiyə-Azərbaycan İşadamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat panelist qismində iştirak edib.

TÜİB-in Ənənəvi İşgüzar Səhər Yeməyi keçirildi

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Prof.Dr. Birol Akgünün iştirakı ilə TÜİB-in “Ənənəvi İftar Proqramı” keçirilib.